Rusiyanın Moskva şəhərində Rusiya Qvardiyasının Təchizat İdarəsinin müavini, əslən azərbaycanlı olan general-mayor Mirzə Mirzəyev korrupsiya ittihamı ilə həbs edilib.
Heftelik.az-ın TASS-a istinadən xəbər verir ki, 52 yaşlı Mirzə Mirzəyev Cənub bölgəsi komandanının keçmiş müavini olub və tez tikilə bilən binaların modulları üçün təchizatçılardan 140 milyon rubl (təxminən 1.4 milyon dollar) tələb edib.
Əks halda, 480 milyon rubl (təxminən 4.8 milyon dollar) dəyərində olan müqaviləni ləğv edəcəyi ilə hədələyib.
General Mirzəyev pulu aldıqdan sonra saxlanılıb. Vəkilləri Mirzəyevin ev dustaqlığında saxlanılması tələbi ilə çıxış etsələr də, məhkəmə istintaq dövründə həbs qərarı verib.
Qeyd edək ki, general Mirzə Mirzəyev 267 may 1972-ci ildə anadan olub. O, 2006-cı ildə Sankt Peterburqda Rusiya Müdafiə Nazirliyinin ordu generalı A.V.Xurulyov adına Təchizat və Nəqliyyat Hərbi Akademiyasını bitirib.
2015-ci ildə Mirzə Mirzəyev Stavropol diyarında Budennovsk Dumasına deputat seçkilərinə namizədliyini irəli sürüb. Dana sonra şəhərin hərbi hissələrindən birində çalışıb.