Müşahidə Şurasının müstəqil üzvü ümumilikdə 9 (doqquz) il və ya ondan artıq müddətə bankın Müşahidə Şurasının üzvü olmamalıdır (5 (beş) il və ondan artıq müddətə bankın Müşahidə Şurası vəzifəsində olmadıqda və yenidən Müşahidə Şurasının üzvlüyünə təyin edildikdə, bu yarımbənddəki müddət tələbi yenidən təyin olunma anından hesablanır).
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Həmçinin Müşahidə Şurasının müstəqil üzvü son 3 (üç) ildə bankın və ya banka aidiyyəti olan şəxsin icra orqanının rəhbəri və üzvü olmamalıdır.