Nağd əməliyyatlar ölkə xaricində qeyri-rezident ödəniş xidməti təchizatçılarına məxsus xidmət şəbəkəsində, o cümlədən bankomat, POS-terminal və digər şəbəkədə aparılmış nağdlaşdırma əməliyyatları üzrə təsnifləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
“Banka məxsus xidmət şəbəkəsində qeyri-rezident ödəniş xidməti təchizatçılarına məxsus ödəniş kartları ilə aparılmış əməliyyatlar haqqında statistik hesabat” formasında (Forma ÖS-Bank-15 – Əlavə №15) hesabat dövrü ərzində banka məxsus xidmət şəbəkəsində qeyri-rezident ödəniş xidməti təchizatçılarına məxsus ödəniş kartları vasitəsilə aparılan nağd və nağdsız əməliyyatların sayı və həcmi ölkələr üzrə təsnifləşdirilir.