Cədvəlin “Cari hesabların hüquqi statusuna görə sayı” hissəsində müştərilərin cari hesablarının sayı fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Cədvəlin “Elektron şəbəkə və ya cihazlar üzrə istifadəçilərin hüquqi statusuna görə sayı” hissəsində internet və mobil bankçılıq xidmətlərindən istifadə edən müştərilərin fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər və PC bankçılıq üzrə təsnifləşdirilir.