Hesabat formasında “Ölkə daxilində aparılan əməliyyatlar” hissəsindəki əməliyyatların sayı və həcmi bankomatlar, POS-terminallar, internet səhifə, mobil tətbiq və digər elektron şəbəkə, özünəxidmət terminalları vasitəsilə aparılan ödəniş əməliyyatlarının, həmçinin sadalanan qruplara aid edilməyən digər əməliyyatların sayı və həcmindən ibarətdir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

Hesabat formasında bankomatlar və POS-terminallar üzrə əməliyyatlar nağd (nağd pulun çıxarılması) və nağdsız (ödənişlərin həyata keçirilməsi) əməliyyatlar üzrə təsnifləşdirilir.