Sahəsi 35 m2-dən az  olan içşi otaqlardan havanın xaric edilməsi onun dəhlizə axması hesabına nəzərdə tutula bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Qiymətli sənədlər saxlanclarında və depozitarilərdə sifarişçinin tələbi əsasında havanın 3-cü sinif kondisiyalaşdırılması nəzərdə tutulmalıdır. İnsanların daimi olduqları otaqlarda havanın resirkulyasiyası ancaq qeyri-iş saatlarında olmalıdır.