Bina elementlərinin konstruktiv həlli (o cümlədən boşluqların yerləşməsi, konstruksiyalardan boru kəmərləri buraxılan yerlərin hermetikləşdirilməsi üsulları, ventilyasiya dəliklərinin qurulması və istilik izolyasiyasının yerləşdirilməsi) gəmiricilərdən müdafiəni nəzərdə tutmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Seysmik zonalarda tikilən binalardakı aqreqatların və cihazların yerdəyişməsi yanğına və ya partlayışa gətirib çıxara bilərsə, onlar etibarlı şəkildə möhkəmləndirilməlidir.