Magistral neft kəmərlərinin sınaqdan keçirilməsi tikinti-quraşdırma idarəsi və təşkil olunmuş komissiyanın rəhbərliyi altında aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Komissiyanın tərkibinə sifarişçi və quraşdırma təşkilatlarının, həmçinin Agentliyin nümayəndəsi daxil edilir.
Sınaq komissiyası baş podratçı və sifarişçi təşkilatların birgə hazırladığı əmrlə təyin edilir.