VÖEN-ə bağlı korporativ kart olduğu təqdirdə müvafiq xanada “+” işarəsi, olmadığı təqdirdə “-“ işarəsi qeyd olunur. VÖEN-ə bağlı bir və ya bir neçə korporativ kart üzrə hesabat dövrü ərzində ümumilikdə azı 3 (üç) məxaric əməliyyatı (nağd və ya nağdsız formada) aparılmışdırsa, VÖEN aktiv hesab olunur və müvafiq xanada “A” işarəsi qeyd edilir, aktiv hesab olunmayan VÖEN üzrə “P” işarəsi qeyd edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.