Bank tərəfindən istifadə olunan pul köçürmə sistemləri vasitəsilə aparılan əməliyyatların regionlar üzrə bölgüsü haqqında statistik hesabat” formasında (Forma ÖS-Bank-9 – Əlavə №9) pul köçürmə sistemləri (yerli və xarici) vasitəsilə hesabat dövrü ərzində cəmi, o cümlədən xarici valyutada (xarici valyutada aparılan əməliyyatların manat ekvivalenti) banka daxilolmalar və bankdan kənara köçürmələrin regionlar üzrə sayı və həcmi əks olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

Hesabat formasında pul köçürmə sistemləri vasitəsilə yalnız regional mənsubiyyəti müəyyən oluna bilən ödəniş üsulu ilə (baş ofis, əməliyyat bölmələri və ödəniş agentlərinə yaxınlaşmaqla, ödəniş terminalı vasitəsilə, digər) həyata keçirilən əməliyyatlar əks olunur.