Yanan dam örtüyü işıq keçirən örtüyün kənarından 4 m-dən yaxın olmayaraq layihələndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Yuxarı işıq fənərləri (zenit fənərləri), tüstünün xaric edilməsi sistemində istifadə olunduqda yanğın vaxtı avtomatik, distansiyalı və əl ilə açılan olmalı, silikat şüşə istifadə edildikdə isə həmçinin aşağıda qoruyucu toru olmalıdır. Yuxarı işıq fənərləri üçün alovun təsirindən yanan ərintilər əmələ gətirməyən, işıq keçirən üzvi əsaslı materialların tətbiq olunmasına yol verilir.