Yanğın əleyhinə müdafiə sisteminə nələrin daxil olduğu amıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Yanğın əleyhinə müdafiə sisteminə daxildir:

  1. a) tüstü əleyhinə müdafiə;
  2. b) yanğın əleyhinə daxili su kəməri və avtomatik yanğınsöndürmə;
  3. c) yanğınsöndürmə bölmələri üçün liftlər (6 mərtəbədən artıq olmayan, yanğın əleyhinə müdafiə sistemi bütün kompleksi ilə təchiz olunmuş binalarda yanğınsöndürmə hissələrinin daşınması üçün liftlərin nəzərdə tutulmamasına yol verilir);

ç) yanğın barədə xəbərdarlıq və insanların təxliyə edilməsinin idarə olunması;

  1. d) insanların fərdi və kollektiv müdafiə və xilasetmə vasitələri;
  2. e) insanların vaxtında təxliyə edilməsini və onların təhlükəli yanğın faktorlarından müdafiəsini təmin edən həcm-planlaşdırma və texniki həllər;
  3. f) konstruksiyaların və tamamlama-bəzək materiallarının odadavamlığının və yanğın təhlükəsinin reqlamentləşdirilməsi;
  4. g) alovun və tüstünün yayılmasını məhdudlaşdıran konstruktiv elementlər (yanğın əleyhinə səddlər, yanğın əleyhinə bölmələr və s.).