Neft nasosxanalarında və başqa istehsalat otaqlarında havada qazların miqdarı tələb olunan normadan yüksək olmamalıdır və onlar daima nəzarətdə saxlanılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Yaşayış rayonları üçün sanitar-mühafizə zonasının eni qüvvədə olan sanitar normalarına müvafiq olaraq müəyyənləşdirilir.