Zaqatalada yeni doğulan körpə ölüb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum şöbəsində qeydə alınıb.
Rayonun Yengiyan kənd sakini 24 yaşlı Sahibə Sahib qızı Məmmədova doğuş sancıları ilə oktaybrın 31-i səhər saat 09 radələrində Zaqatala RMX-nın doğum şöbəsinə daxil olub.
S. Məmmədovanın APA-nən yerli bürosuna verdiyi məlumata əsasən elə həmin gün səhər saat 10 radələrində şöbənin növbətçi mama-ginkoloq Sədaqət həkim tərəfindən müayinə olunub və həkimin göstərişi ilə tibb bacısı tərəfindən doğuşu gücləndirmək üçün iynə vurulub.
Noyabrın 1-i gecə saat 03:50-də S. Məmmədova təbii doğuşla oğlan uşağı dünyaya gətirib. Doğuşdan bir neçə dəqiqə sonra S. Məmmədovaya uşağın vəziyyətinin normal olduğunu deyiblər. Lakin uşağın ağlamadığını görən ana yenidən vəziyyəti bədərədə məlumat alanda ona körpənin ürək döyüntülərinin zəif olduğunu bildiriblər.
Daha sonra isə anaya uşağın ölməsi barədə məlumat verib.
S. Məmmədova oktyabrın 14-də Zaqatala RMX-da ultrasəs müayinəsindən keçib, müayinə zamanı ona hamiləliyin normal olduğu deyilib.
USM müayinəsi aparan həkim tərəfindən S. Məmmədovaya noyabrın 5-də doğuş üçün xəstəxanaya müraciət etməsi tövsüyə olunub.
Faktla bağlı araşdırma aparılır.