Məhkəmənin hazırlıq iclası zamanı məhkəmə yalnız işə aid olmayan və ya yolverilməz hesab etdiyi halda sübutların təqdim edilməsi ilə bağlı vəsatətləri rədd etmək hüququna malikdir.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Sübut formal cəhətdən yol verilməli olan, lakin məhkəmə tərəfindən işə aid olmayan hesab edildikdə müdafiə tərəfi onu məhkəməyə öz hesabına təqdim edə bilər.