Növbəti qrup xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
Maddə | Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi | Hərbi xidmətə yararlılıq kateqoriyası | ||
I qrafa | II qrafa | III qrafa | ||
29 | Skleranın, buynuz qişanın, qüzehli qişanın, siliar cismin, göz büllurunun, damarlı qişanın, tor qişanın, şüşəyəbənzər cismin, görmə sinirinin xəstəlikləri; gözün yad cismi | |||
a) hər iki gözdə görmə funksiyalarının kəskin ifadə olunmuş proqressiv enməsi və ya tez-tez kəskinləşmələr olduqda | D | D | D | |
b) eyni dəyişikliklər bir gözdə və ya mülayim dərəcədə ifadə olunmuş halda hər iki gözdə olduqda | C | C | C və ya B FƏRDİ | |
c) bir gözdə mülayim dərəcədə ifadə olunmuş proqressivləşməyən, nadir kəskinləşmələrlə | A-3 | A | A | |
ç) kəskin xəstəliklərdən, xroniki xəstəliklərin kəskinləşməsindən, travmadan və ya cərrahi müalicədən sonra görmə orqanının müvəqqəti funksional pozulmaları | Ç | Ç | Ç |
Bu maddə vərəm, degenerativ, distrofik və digər mənşəli xroniki, çətin sağalan və ya sağalmayan xəstəlikləri nəzərdə tutur.