Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsinə aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Cinayət işi üzrə dayandırılmış icraat müstəntiqin qərarı ilə aşağıdakı hallarda təzələnir:

– cinayət işi üzrə icraatın dayandırılması üçün bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallar aradan qalxdıqda;

– təqsirləndirilən şəxsin iştirakı olmadan aparılması mümkün plan prosessual hərəkətlərin yerinə yetirilməsi zərurəti olduqda.