“Çingiz Aytmatov” ordeni ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu yazıçının oğlu, Beynəlxalq Çingiz Aytmatov Fondunun prezidenti Eldar Aytmatov bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyev mədəniyyətin inkişafına xüsusi diqqət yetirir: “Ona görə də ilk ordeni məhz Azərbaycan Prezidentinə təqdim etdik”.

Eldar Aytmatov Prezident İlham Əliyevin də 2008-ci ildə Çingiz Aytmatovu “Dostluq” ordeni ilə təltif etdiyini vurğulayıb.