Keçirilmiş orta dərəcədə ifadə olunmuş nevrotik pozuntular nəticəsində yüngül qalıq simptomlar olduqda hərbi qulluqçulara “d” bəndi ilə 15 gün müddətinə məzuniyyət verilməsinin zəruriliyi barədə qərar çıxarıla bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
“c” bəndi üzrə şəhadətləndirilənlər müalicə ilə kontrol altına alınmış və ya remissiya kliniki yaxşılaşma olmuş, qoruyucu müalicəsini davam edən hərbi qulluqçulara xəstəliyə görə 15 gün müddətinə məzuniyyət verilməsinin zərururiliyi barədə qərar çıxarıla bilər. Məzuniyyətdən sonra təkrar şəhadətləndirilmə yaranmış zərurətdən keçirilə bilər.