Psixi pozuntulara aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
Bütün psixi xəstəliklərə aid maddələr üzrə şəhadətləndirilərkən əvvəllər keçirdiyi xəstəliklər və yalnız ixtisaslaşmış səhiyyə müəssisələrindən arayış və çıxarışlarda diaqnozu göstərməklə sorğu əsasında sübut olunan xəstəliklər əsas götürülür.
Maddə | Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi | Hərbi xidmətə yararlılıq kateqoriyası | ||
I qrafa | II qrafa | III qrafa | ||
14 | Simptomatik və neyrokoqnitiv daxil olmaqla, üzvi psixi pozuntular: | |||
a) ağır və davamlı üzvi pozuntular olduqda | D | D | D | |
b) orta ifadəli, davamlı üzvi psixi pozuntular olduqda | C | C | C | |
c) orta ifadəli üzvi psixi pozuntular olduqda | C | B | B | |
ç) yüngül ifadəli və (və ya) qısa müddətli üzvi psixi pozuntular olduqda | Ç | Ç | Ç | |
d) sağalma ilə nəticələnmiş üzvi psixi pozuntular | A-4 | A | A |
Açıqlama:
Bu maddəyə etiologiyası MSS-nin zədələnməsi nəticəsində serebral disfunksiya olan psixi pozuntular qrupu aiddir. Bu disfunksiya birincili ola bilər, yəni birbaşa baş beyinə təsir edə bilər (KBT, insult, ensefalit, Altsheymer xəstəliyi və s.) və ya ikincili, sistem xəstəlikləri kimi, bir çox başqa orqanlara təsir etdiyi kimi baş beyni də zədələyir (məsələn, İİV, infeksiyalar, intoksikasiya, endokrin xəstəliklər, şüalanma və s.). Psixoaktiv maddələrin istifadəsi nəticəsində yaranan psixi pozuntular və anadangəlmə neyropsixi inkişaf pozuntuları bu maddəyə daxil edilmir. Psixi xəstəliklər üzrə şəhadətləndirilərkən əvvəllər keçirdiyi xəstəliklər və yalnız ixtisaslaşmış səhiyyə müəssisələrindən arayış və çıxarışlarda diaqnozu göstərməklə sübut olunan xəstəliklər əsas götürülür.
Şəhadətləndirilmə nevroloji, instrumental (KT, MRT, EEQ) və laborator müayinələr daxil olmaqla stasionar müayinədən sonra aparılır.