Psixi xəstəliklər üzrə şəhadətləndirilərkən əvvəllər keçirdiyi xəstəliklər və yalnız ixtisaslaşmış səhiyyə müəssisələrindən psixiatrik kabinet və psixiatrik stasionar müəssədən verilən arayış və çıxarışlarda diaqnozu göstərilməklə sübut olunan xəstəliklər əsas götürülür.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
Sinir sistemi xəstəlikləri
Maddə | Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi | Hərbi xidmətə yararlılıq kateqoriyası | ||
I qrafa | II qrafa | III qrafa | ||
21 | Epilepsiya: | |||
a) tez-tez epileptik tutmalar və ya mühüm ruhi pozulmalar olduqda | D | D | D | |
b) tutmadan kənar vaxtda ruhi pozulmalar olmadan tək-tək və nadir epileptik tutmalar (qıcolmalarla və qıcolmalarsız) olduqda | C | C | C və ya B FƏRDİ |
Açıqlama:
Bu maddədə epilepsiyanı, generalizə olunmuş və ya parsial tutmalarla, ruhi ekvivalentlərlə və ya şəxsiyyətin spesifik dəyişiklikləri ilə müşayiət olunan baş-beynin xroniki xəstəliyi nəzərdə tutulmuşdur.
Simptomatik epilepsiya bu maddəyə aid edilmir. Belə hallarda şəhadətləndirilmə qıcolma sindromunun inkişafına gətirib çıxaran xəstəliyə görə aparılır.