Baş-beynin və onurğa-beyninin xoşxassəli şişlərinin radikal kənar edilməsindən sonra, şəhadətləndirilmə funksiyaların pozulma dərəcəsindən asılı olaraq, bu maddənin “a”, “b” və ya “c” bəndi üzrə keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
| Maddə | Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi | Hərbi xidmətə yararlılıq kateqoriyası | ||
| I qrafa | II qrafa | III qrafa | ||
| 26 | Periferik sinir sisteminin xəstəlikləri: | |||
| a) fuksiyaların mühüm dərəcədə pozulması ilə | D | D | D | |
| b) fuksiyaların mülayim dərəcədə pozulması ilə | C | C | C | |
| c) fuksiyaların cüzi dərəcədə pozulması ilə | C | C | B | |
| ç) funksiyaların pozulması olmayan obyektiv məlumatlar olduqda | A-4 | A | A, HDQ, FƏRDİ | |
| d) periferik sinir sisteminin kəskin xəstəliklərindən, xroniki xəstəliklərinin kəskinləşməsindən, habelə onların cərrahi müalicəsindən sonrakı müvəqqəti funksional pozulmalar | Ç | Ç | Ç | |
Açıqlama:
Bu maddə kranial (II və VIII cüt kəllə sinirlərindən başqa), spinal sinirlərin, kökcük və qanqlionların xəstəlik və zədələnmələrini (birincili və ikincili) nəzərdə tutur.
