Kəllə sümüklərinin zədələnməsi və qüsurları olan hallarda bu maddədən əlavə “Xəstəliklər cədvəli”nin 73-cü maddəsinin müvafiq bəndləri tətbiq edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.

Mühüm kliniki təzahürlərlə baş-beynin silkələnməsini və ya əzilməsini keçirmiş hərbi qulluqçular “Xəstəliklər cədvəli”nin 23-cü maddəsinin “d” bəndi üzrə şəhadətləndirilərkən, onlara xəstəliyə görə azad edilmə və ya məzuniyyət verilməsinin zəruriliyi haqqında qərar çıxarılır. Xəstəliyə görə məzuniyyətdən sonra ÜH, HDQ-də, DP-də və XQ-də hərbi xidmət keçən hərbi qulluqçular təkrar şəhadətləndirilirlər.