Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Prezident Administrasiyasına gəlib.

Heftelik.az-ın məlumatına görə,  Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Daha sonra Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının iclası başlayıb.