Sumqayıtda 29 yaşlı qadını qaynı arvadı bıçaqlayıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdü Ülviyyə Faiq qızı Quluyeva yaşadığı evdə yaranmış mübahisə zamanı qaynının həyat yoldaşı 1998-ci il təvəllüdlü Ruhanə Mübariz qızı Quluzadə tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Qaynı arvadını bıçaqlamaqda şübhəli bilinən R.Quluzadə saxlanılıb.

Fakt araşdırılır.