Sabahkı matçda çox diqqətli olmalıyıq.
Heftelik.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Norveçin “Budyo-Qlimt” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis güclü kluba qarşı oynayacaqlarını bildirib:
“Budyo-Qlimt” son vaxtlar qarşılaşdığımız ən intizamlı olan kollektivlərdən biridir. Rəqib komandanın heyətində meydana çıxacaq futbolçular demək olar hər biri norveçlidir. Ümumiyyətlə, göstərdikləri nəticələrə görə son vaxtlar Norveç futbolunun yüksəlişdə olduğunu deyə bilərik. Bu komandanın özünə xas olan oyun üslubu var. Sabahkı matçda çox diqqətli olmalıyıq. Rəqibin üstün cəhətləri çoxdur. İnanıram ki, futbolçularımız meydanda əllərindən gələnin ən yaxşısını edəcəklər”.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun “Budyo Qlimt” – “Qarabağ” oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.