UEFA Çempionlar Liqasında Liqa mərhələsinin IV turuna start verilib.
Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, turun mərkəzi görüşü Madriddə baş tutub.
“Real” azarkeşləri önündə “Milan”ı qəbul edib. Qonaqlar 3:1 hesablı qələbə qazanıblar.
“Liverpul” “Bayer”lə üz-üzə gəlib, “Mançester Siti” isə Portuqaliyada “Sportinq”in qonağı olub.
Mersisaydlılar 3 xalı asanlıqla qazansalar da, “şəhərlilər” səfərdə məğlub olub.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, IV tur
5 noyabr
21:45 PSV (Niderland) – “Jirona” (İspaniya) 4:0
21:45 “Slovan” (Slovakiya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 1:4
00:00 “Bolonya” (İtaliya) – “Monako” (Fransa) 0:1
00:00 “Seltik” (Şotlandiya) – “Leypsiq” (Almaniya) 4:1
00:00 “Borussiya” (Dortmund, Almaniya) – “Şturm” (Avstriya) 1:0
00:00 “Lill” (Fransa) – “Yuventus” (İtaliya) 1:1
00:00 “Liverpul” (İngiltərə) – “Bayer” (Almaniya) 4:0
00:00 “Real” (İspaniya) – “Milan” (İtaliya) 1:3
00:00 “Sportinq” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə) 4:1