Başqa xəstəliklər və ya pozulmalar nəticəsində (infeksiyalar, travmalar, intoksikasiyalar) bayılmaları olan, ilkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşlar, hərbi xidmətə könüllü daxil olan şəxslər və hərbi qulluqçular “Xəstəliklər cədvəli”nin müvafiq maddələri üzrə şəhadətləndirilirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.

Bayılmaları olan şəxslər nəqliyyat vasitələrini idarə etməyə, hündür yerlərdə, hərəkət edən mexanizmlərin, suyun və odun yaxınlığında işləməyə yararsızdırlar.