Kanada hökuməti “TikTok”un yerli bölməsi olan “TikTok Technology Canada”nın fəaliyyətinə qadağa qoymaq niyyətindədir.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Kanadanın innovasiyalar, elm və sənaye naziri Fransua-Filip Şampan məlumat verib.
O bildirib ki, Çin nəhəngi “TikTok Technology Canada” vasitəsilə ölkənin təhlükəsizliyi üçün risklər yaradır.
“Hökumət hərtərəfli araşdırma aparıb və “TikTok Technology Canada”nın bağlanmasını əmr edib”, – deyə kanadalı nazir qeyd edib.