Bütün hesabat formalarında ödəniş kartında olan vəsait manatdadırsa, xarici valyutada vəsaitin nağdlaşdırılması və ya xarici valyutada ödəniş əməliyyatları ümumi əməliyyatlarda nəzərə alınmaqla “ondan xarici valyutada” göstəricilərində əks olunmamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

Bütün hesabat formalarında ödəniş kartında olan vəsait xarici valyutadadırsa, manatda vəsaitin nağdlaşdırılması və ya manatda ödəniş əməliyyatları ümumi əməliyyatlarda nəzərə alınmaqla yanaşı “ondan xarici valyutada” göstəricilərində manat ekvivalentində əks olunmalıdır.