Tibb müəssisələrinin sənədləri ilə keçmişdə epilepsiya tutmalarının olması təsdiq edilərsə, lakin son 5 ildə tutma müşahidə edilməyibsə və stasionar şəraitdə müayinə zamanı elektroensefaloqrafiyada sakit şəraitdə, funksional yük altında patoloji dəyişikliklər (paroksizmal qeyd edilən müxtəlif amplitudalı “iti” və “yavaş” dalğalar, “iti-yavaş dalğa” kompleksləri və digər dəyişikliklər, yarımkürələrarası asimmetriya) aşkar edilərsə, şəhadətləndirmə “b” bəndi üzrə aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.