Göz və onun əlavə aparatının xəstəlikləri açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.

Göz və onun əlavə aparatının xəstəlikləri

 

MaddəXəstəliklərin adı, funksiyaların pozulma dərəcəsiHərbi xidmətə yararlılıq kateqoriyası
I qrafaII qrafaIII qrafa
28Göz qapaqları, yaşaparıcı yollar, göz yuvası və konyunktivanın xəstəlikləri:
a) hər iki gözdə görmə və ya hərəki funksiyaların mühüm dərəcədə pozulması ilə müşayiət olunan göz qapaqlarının, göz yuvasının və ya konyunktivanın mühüm anatomik dəyişiklikləri, yaxud mühüm vəziyyət çatışmazlıqlarıDDD
b) həmin dəyişikliklər bir gözdə və ya mülayim dərəcədə ifadə olunmuş halda hər iki gözdə olduqda; bir və ya hər iki gözdə göz qapaqlarının, yaşaparıcı yolların, göz yuvasının, konyunktivanın kəskin ifadə olunmuş xəstəlikləriCCC və ya B FƏRDİ
c) göz qapaqlarının, göz yuvasının və ya konyunktivanın cüzi dərəcədə ifadə olunmuş anatomik dəyişiklikləri və ya vəziyyət çatışmazlıqları; göz qapaqlarının, yaşaparıcı yolların, göz yuvasının, konyunktivanın bir və ya hər iki gözdə mülayim və ya cüzi dərəcədə ifadə olunmuş xəstəlikləriA-3AA, HDQ, ÜH, DP, XQ-də FƏRDİ
ç) kəskin xəstəliklərdən, xroniki xəstəliklərin kəskinləşməsindən, travmadan və ya cərrahi müalicədən sonra görmə orqanının müvəqqəti funksional pozulmalarıÇÇÇ

 

Bu maddə göz qapaqlarının anadangəlmə və qazanılmış anatomik dəyişikliklərini, yaxud vəziyyət çatışmazlıqlarını, göz qapaqlarının, yaşaparıcı yolların, göz yuvasının və konyunktivanın xəstəliklərini nəzərdə tutur.