Göz və onun əlavə aparatının yenitörəmələrinin xarakterindən asılı olaraq, şəhadətləndirilmə “Xəstəliklər cədvəli”nin 8-ci və ya 10-cu maddələri üzrə keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
Gözlərin funksiyasını pozmayan xoşxassəli yenitörəmələr hərbi xidmətkeçməyə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə, hərbi liseylərə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə daxil olmağa, RM, İŞM, RYK, EMS və lazer şüalanması mənbələri ilə işə təyin edilməyə mane olmur.