Hərəkətin, hissiyyatın və trofikanın mühüm dərəcədə ifadə olunmuş pozulması ilə müşayiət olunan iltihabi və intoksikasiya mənşəli polinevritlərin (polinevropatiyaların), pleksitlərin (pleksopatiyaların), periferik sinirlərin şişlərinin (“Xəstəliklər cədvəli”nin 27-ci maddəsinin “a” bəndinin izahatlarına uyğun olaraq) nəticələri (nevroloji simptomları sinir sistemi xəstəliyinin başlanğıcından 6 ay və artıq müddətdə saxlanılan) “a” bəndinə aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.