Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə cərimələr müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.

Konfidensiallığı təmin edilməli olan korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs barədə məlumatın açıqlanmasına və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna verdiyi məlumatla bağlı hədə-qorxu gəlmə, təzyiqlərə məruz qoyma, təhqir etmə və ya maddi zərər vurulmasına görə səkkiz yüz manatdan min üç yüz manatadək məbləğdə cərimə edilir.