Məhkəmənin hazırlıq iclasının təqsirləndirilən şəxsin iştirakı olmadan hansı hallarda aparıla biləcəyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Məhkəmənin hazırlıq iclası təqsirləndirilən şəxsin iştirakı olmadan aşağıdakı hallarda aparıla bilər:

– təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən təkrarən imtina etdiyi və ya boyun qaçırdığı halda;

– cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmamaq şərtilə böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihama məhkəmədə onun iştirakı olmadan baxılması barədə vəsatət qaldırdıqda;

– bu Məcəllənin 467-13.1-ci maddəsində nəzərdə tutulmuş halda.