Hərbi qulluqçulara xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi haqqında hərbi-həkim komissiyasının qərarı astenik halla nəticələnən keçirilmiş kəskin seroz meningit, gənə ensefalitinin meningeal forması, meninqokokk infeksiyasının generalizə olunmuş formaları (meningit, meninqoensefalit, meninqokokksemiya), poliradikulonevritlərin qarışıq formalarının və s. müalicəsi qurtardıqdan və likvor sanasiya olunduqdan sonra çıxarılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.

Meninqokokk meningitində likvorun sanasiyasının meyarı – limfositlərin sayının 75% və daha çox olması ilə sitozun 50 hüceyrədən aşağı düşməsidir. Göstərilən xəstəliklərin tam sağalma ilə nəticələnmiş və fəsadsız gedişlərində hərbi qulluqçuların xidməti vəzifələrinin icrasından azad edilmələri barədə qərar çıxarılır.