Xuliqanlıq ittihamı ilə həbs edilmiş milyonçu, “Oleq Bakinski” kimi tanınan Oleq Krapvinin ilkin həbs müddəti uzadılıb.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, məhkəmə prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.
Hakim ibtidai araşdırmanın davam etməsini, təqsirləndirilən şəxsin istintaqdan yayınma ehtimalını nəzərə alaraq təqdimatı təmin edib. Qərara əsasən, “Oleq Bakinski”nin həbsdə saxlama müddəti daha 1 ay uzadılıb.
Qeyd edək ki, ukraynalı tanınmış milyonçu “Oleq Bakinski” üç ay əvvəl Bakıda həbs edilib. O, Rusiya vətəndaşına qarşı xuliqanlıq hərəkətləri etməkdə ittiham olunur.