Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” klubları bu gün UEFA Avropa Liqasında növbəti oyuna çıxıblar.

Heftelik.az-ın məlumatına görə,  Qurban Qurbanovun yetirmələri Liqa mərhələsinin IV turunda “Bodo-Qlimt”lə qarşılaşıb.

Ağdamlılar matça fəal başlayıb. 2 qol vuran təmsilçimiz qapısında 1 top görüb. Bununla da, “Qarabağ” Avropa Liqasında mövsümdə ilk qələbəsini qazanıb.

“Qalatasaray” klubu isə UEFA Avropa Liqasının Liqa mərhələsində İngiltərə təmsilçisi “Tottenhem”ə qalib gəlib. İstanbul təmsilçisi IV tura təsadüf edən ev oyununda rəqibini 3:2 hesabı ilə üstələyib.