Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində gəmilərin toqquşmasından yaranan münasibətlər Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Gəmilər açıq dənizdə toqquşduqda və mübahisəyə Azərbaycan Respublikasında baxıldıqda bu Məcəllədə müəyyən edilmiş qaydalar tətbiq edilir.