İkardinin durumu açıqlandı

08 Noyabr 2024, 18:14

Türkiyənin “Qalatasaray” komandasının heyətində ciddi itki baş verib.

Heftelik.az-ın xəbərinə görə, klubun mətbuat xidməti İstanbul təmsilçisinin hücumçusu Mauro İkardinin Avropa Liqası Liqa fazasının 4-cü turunun “Tottenhem”lə matçda (3:2) ağır zədə aldığı barədə məlumat yayıb.

İkardinin sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlanıb. 32 yaşlı forvard yaxın günlərdə əməliyyat olunacaq.

Qeyd edək ki, “Qalatasaray” Mauro İkardini 2022-ci ilin yayında PSJ-dən transfer edib. Təcrübəli oyunçu bu mövsüm “sarı-qırmızılar”ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.