Qonaq gəldi, öldü

08 Noyabr 2024, 23:21

Xaçmaz şəhərinin Rəşid Behbudov küçəsində fərdi yaşayış evinin hamam otağında gənc qadın dəm qazından zəhərlənərək ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini 32 yaşlı Nuranə Şıxəliyeva qonaq gəldiyi evin hamamında dəm qazından zəhərlənib.

Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.