Türkiyədə kişi arvadını pul qazanması üçün fahişəliyə məcbur edib.
Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, hadisə Samsun şəhərində baş verib. Bu barədə zərərçəkən qadın polisə müraciətində bildirib.
Müraciətlə əlaqədar polislər S.Ç. adlı kişini saxlayıblar. Məhkəmənin qərarı ilə ər həbs edilərək, cəzaçəkmə müəssisəsinə göndərilib.