Sumqayıtda biri azyaşlı olmaqla 3 nəfər dəm qazından zəhərlənib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Stansiya Sumqayıt ərazisində qeydə alınıb.

1980-ci il təvəllüdlü Elmir Rəsulov, onun həyat yoldaşı Samirə Abbasova və övladları 2007-ci il təvəllüdlü Zəminə Rəsulzadə yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar dərhal xəstəxanaya çatdırılıblar.

Fakt araşdırılır.