Ağstafada minik maşını arabaya çırpılıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb.

Qəza zamanı hərəkətdə olan arabadakı 52 yaşlı Ələmdar İsmayılov və onun 6 yaşlı nəvəsi Əziz Tağıyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralılardan az yaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.