Azərbaycan millisinin üzvü Emin Mahmudov zədələndiyi üçün heyətdən çıxarılıb.
Heftelik.az-ın AFFA-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Emin Mahmudovun əvəzinə “Zirə”nin yarımmüdafiəçisi İsmayıl İbrahimli dəvət alıb.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv UEFA Millətlər Liqasının qrup mərhələsində noyabrın 16-da Qəbələdə Estoniya, bundan 3 gün sonra isə Solnada İsveç milliləri ilə qarşılaşacaq.