Baş-beyin qan dövranının keçib gedən pozulmalarından sonra və mərkəzi sinir sistemi funksiyalarının tam bərpası ilə nəticələnən hallarda “Xəstəliklər cədvəli”nin III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçular barədə 24-cü maddənin “d” bəndinə uyğun olaraq xəstəliyə görə məzuniyyət verilməsi və ya onların hərbi xidməti vəzifələrinin icrasından müvəqqəti azad edilməsinin zəruriliyi haqqında qərar çıxarıla bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.