Təqsirləndirilən şəxsin müdafiəçisinin (təmsil etdiyi şəxs onun köməyindən imtina etməmişdirsə və ya onun cinayət prosesində məcburi iştirakını müəyyən edən hal mövcuddursa) məhkəmənin hazırlıq iclasında iştirakı məcburidir.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Məhkəmənin hazırlıq iclası barədə vaxtında məlumat verilmiş bu Məcəllənin 299.8 və 299.9-cu maddələrində göstərilənlər nəzərə alınmaqla cinayət prosesi iştirakçılarının məhkəmənin hazırlıq iclasına gəlməməsi, həmin iclasın keçirilməsinə və müvafiq qərarın qəbul edilməsinə mane olmur.