Yalnız ifadənin başlanğıcında tələffüzün ləngiməsi, “büdrəməsi”, çox da böyük olmayan (birnəfəsə deyilən) ifadənin qalan sözləri sərbəst və ya azca ləngimiş, lakin sözlər təkrarlanmadan tələffüz olunduğu hallar hərbi xidmətkeçməyə mane olmayan orta dərəcəli kəkələmə hesab edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
Maddə | Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi | Hərbi xidmətə yararlılıq kateqoriyası | ||
I qrafa | II qrafa | III qrafa | ||
18 | Şəxsiyyət pozuntuları: | |||
a) ağır ifadəli, təkrarlanan uzunmüddətli və ya tez-tez baş verən dekompensasiyalarla orta şəxsiyyət pozuntusu və ya destruktiv davranış pozuntuları olduqda | D | D | D | |
b) orta ifadəli, davamlı kompensasiya ilə orta şəxsiyyət pozuntusu və ya yüngül şəxsiyyət pozuntusu olduqda | C | C | C | |
c) şəxsiyyət pozuntusu səviyyəsinə çatmayan şəxsiyyətin çətinləşməsi və səciyyəvi xüsusiyyətləri | A-4 | A | A |
Bu maddə şəxsiyyətin və davranışın spesifik və digər pozuntularını nəzərdə tutur.
Açıqlama:
Şəxsiyyət pozuntusu özünün fəaliyyət aspektlərində problemlər (məsələn, identifikasiya, özünüqiymətləndirmə, özünü qavramanın dəqiqliyi, özünü yönləndirmə) və (və ya) şəxslərarası disfunksiyanın (məsələn, yaxın və qarşılıqlı xoş münasibətlər saxlamaq, başqalarının fikirlərini anlamaq, münaqişələri idarə etmək qabiliyyəti) uzun müddət (məsələn, 2 il və daha çox) saxlanmasıdır. Pozuntular qeyri-adaptiv sayılan (məsələn, dəyişməyən və ya çətin idarə olunan) qavrama, emosional təcrübə, emosiyaların ifadə olunması və davranışda özünü göstərir və bir sıra şəxsi və sosial şəraitlərdə müşahidə olunur (yəni, konkret qohumluq və ya sosial rolla məhdudlaşmır). Pozuntu şəxsi, ailə, sosial, təhsil, peşə və digər vacib fəaliyyət sahələrində nəzərəçarpacaq dərəcədə distresə səbəb olur.