“c” bəndinə müalicə ilə kontrol altına alınmış və ya remissiya kliniki yaxşılaşma olmuş, qoruyucu müalicəsini davam edən və yüngül koqnitiv pozuntu ilə xəstəliklər aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.

Hərbi qulluqçulara xəstəliyə görə 15 gün müddətinə məzuniyyət verilməsinin zərururiliyi barədə qərar çıxarıla bilər. Məzuniyyətdən sonra zərurət olduğu təqdirdə təkrar şəhadətləndirilmə keçirilir.

 

“d” bəndinə sağalma ilə nəticələnmiş üzvi psixi pozuntular aiddir

“d” bəndinə sağalma ilə nəticələnmiş üzvi psixi pozuntular aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.

 

MaddəXəstəliklərin adı, funksiyaların pozulma dərəcəsiHərbi xidmətə yararlılıq kateqoriyası
I qrafaII qrafaIII qrafa
15Şizofreniya və ya birincili psixotik pozuntular: psixozlar: şizofreniya, şizotip pozuntular, xroniki sayıqlama pozuntusu və digər birincili psixotik pozuntularDDD

 

Bu maddə ilə şəhadətləndirilmə yalnız stasionar müayinədən sonra aparılır.

Açıqlama:

Şizofreniya və birincili psixotik pozuntular – reallığın qavranmasının nəzərəçarpan pozulması və pozitiv simptomları, o cümlədən təkrarlanan sayıqlamalar, təkrarlanan hallüsinasiyalar, nizamsız təfəkkür (nitqin ardıcıllığının pozulması), qeyri-mütəşəkkil davranış, passivlik və təsir hissiyyatı, neqativ simptomlar, o cümlədən emosional sferanın sönməsi və ya kütləşməsi, abuliya və psixomotor pozuntu kimi xarakterizə olunur. Simptomlar gözlənilən mədəniyyət normalarından nəzərəçarpacaq dərəcədə kənara çıxır. Bu simptomlar digər psixi və davranış pozuntularının nəticəsində yaranmır (məsələn, deliriy və ya maddə sui-istifadəsinə bağlı pozuntu).